Microsoft 60 min şirkəti zərərə salıb!

BUSP-az.com RG.ru-ya istinadən xəbər verir: Microsoft-un Exchange Server təminat proqramında problemlərə görə 60 min şirkətə zərər dəyib. Bu barədə Bloomberg məlumat yayıb.
Pentaqon Microsoft Exchange vasitəsi ilə şəbəkələrə müdaxilə hallarını araşdırır. Hakerlər Exchange Server-dəki boşluqlardan istifadə edib. Zərər çəkən kompaniyalar arasında banklar da var. Ağ Ev problemin aradan qaldırılması üçün xüsusi qrup yaratmağı planlaşdırır. Söhbət vahid koordinasiya qrupu yaratmaqdan gedir. İddia edilir ki, haker hücumu arxasında Çin dayanır. Hansı ki Çin XİN-nin təmsilçisi Van Venbin hökumətin kiberhücumlara müxalif olduğunu bildirib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir