BUSP-az.com Gazeta.ru-ya istinadən xəbər verir: Tramp Amerikanın nəhəng əczaçılıq şirkətlərini ittiham edib ki, seçkidə onun məğlubiyyəti üçün çalışıblar. Tramp deyib: Nəhəng əczaçılıq şirkətləri milyonlarla dollar xərcləyib neqativ reklamlar hazırlayıb. Dərman şirkətləri, media, böyük sənaye şirkətləri bizə qarşı olub…
Tramp 74 milyon amerikalının ona səs verdiyini iddia edir. O deyir ki, Pfizer şirkəti Covid-19-a qarşı vaksinin uğurları barədə danışmamaqla ona zərbə vurub.
3 noyabrda keçirilən seçkilər hələ də tam yekunlaşmayıb. 7 noyabrda ABC News, FOX News, CNN, AP və NBC kanalları Co Baydeni təbrik edib. Baydeni təbrik edənlər arasında BMT Baş Katibi, Çin, Türkiyə, Ərəbistan, Sloveniya liderləri də var.