Nestle veqanlar üçün KitKat istehsal edəcək

BUSP-az.com FoodMarkets.ru-ya istinadən xəbər verir: İsveçrənin Nestle kompaniyası ilk veqan şokoladların satışına hazırlaşır. Söhbət heyvan mənşəli tərkibi olmayan KitKat şokoladlarından gedir. Nestle yeni məhsulun istehsalına iki il vaxt sərf edib. “KitKat V” Britaniyanın York şəhərində hazırlanıb. Bu şəhər orijinal batonların vətəni sayılır. Şokolad artıq məhdud sayda online-mağazalarda satılır.
Nestle bu vaxta qədər vegetarianlar üçün müəyyən məhsullar istehsal edib. Şololad isə ilk dəfədir. Bu məhsullarda ət, süd, yumurta, bal – heyvan mənşəli heç nə yoxdur. Kompaniya veqanlar üçün bitki mənşəli içkilər də nəzərdə tutur. Əvvəllər McDonalds Danimarka və İsveçdə bitki-ətdən kotlet hazırlayıb. Bu qidalarda noxud, düyü məmulatlarından istifadə edilir.
Heyvan, quş, balıq ətindən, müstəsna faydalara malik baldan tam imtina etmək orqanizm üçün müəyyən problemlər yaradır. Bu qidalarda həyati əhəmiyyətə malik maddələr mövcuddur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir