Netanyahu yəhudiləri Avropadan qaçmağa çağırır!

BUSP-az.com dw.com-a istinadən xəbər verir: İşğalçı İsrailin korrupsiyada ittiham edilən cinayətkər baş naziri Netanyahu Avropada yaşayan yəhudilərə müraciət edib. Bibi yəhudiləri təcili İsrailə köçməyə dəvət edib. O düşünür ki, yəhudiləri Avropada təhlükə gözləyir. Kopenhagendə terror aktından sonra sionist rejimin baş naziri qorxuya düşüb. Danimarkanın paytaxtında sinaqoqda baş vermiş hadisənin zəncirvari olacağını proqnozlaşdıran Netanyahu İsraili yəhudilər üçün ən təhlükəsiz sığınacaq adlandırıb.
Bibi bu sözləri elə bir zamanda dilə gətirir ki, İsraildə yaşayan yəhudilər bu ölkəni tərk etmək arzusundadır. Sionistlər anlamasa da, sadə yəhudilər anlayır ki, işğal edilmiş torpaqlarda xoşbəxt olmaq mümkün deyil. Xatırladaq ki, baş nazir hal-hazırda korrupsiya ittihamı ilə həbs olunmaq təhlükəsi ilə üzbəüzdür.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir