Netflix-in sabiq şefi fırıldaqçılıqda ittiham edilib!

BUSP-az.com Americaru.com-a istinadən xəbər verir: Netflix-in sabiq rəisi Maykl Keyl (Michael Kail) fırıldaqçılıq, rüşvət, çirkli pulların yuyulmasında ittiham olunub. Hələ 2018-ci ildə Keyl 19 bənd üzrə təqsirli sayılıb. Federal jüri onu fırıldaqçılıqda, Netflix-in müqavilələrini təsdiq etmək üçün texnoloji kompaniyalardan rüşvət almaqda ittiham edib. Məhkəmə Keyli 29 bənddən 28-də müqəssir sayıb. O əldə etdiyi pullarla Unix Mercenary LLC kompaniyasını yaradıb, Los-Qatos, Kaliforniyada mülklər alıb.
Netflix kimi nəhəng kompaniyanın sabiq şefinin cinayətləri heç də gözlənilməz deyil. Netflix-in hazırkı rəhbərliyinə qarşı da kifayət qədər ittihamlar mövcuddur. Belə bir kompaniya üçün ən böyük cinayət pedofiliyanın təbliği kimi dəyərləndirilən Cuties filmidir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir