NYT: ABŞ Rusiyaya kiber hücumu planlaşdırır

BUSP-az.com RİA-ya istinadən xəbər verir: ABŞ qarşıdakı üç həftədə Rusiya sistemlərinə bir neçə kiberhücum nəzərdə tutur. Bu bardə New York Times xəbər yayıb. Məlumatda bildirilir ki, məxfi zərbələrdən yalnız Rusiya prezidenti Vladimir Putin, RF kəşfiyyat qurumları xəbər tutacaq.
Kiberhücumlardan əlavə Moskvaya qarşı iqtisadi sanksiyalar tətbiq ediləcəyi bildirilir. Göründüyü kimi Tramp hakimiyyətdən getsə də, trampizm davam edir. Amerika dünya ilə güc dilində danışır, öz istəklərini diktə edir. Dünya ölkələri ya ABŞ-a qul olmalıdır, ya da sanksiyalara qarşı müqavimət göstərməlidir. Sanksiya siyasəti Amerikanı daxildən sarsıtmaqdadır. Artıq amerika cəmiyyəti dünya ilə gərgin münasibətlərə son qoymaq istəyir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir