Nyu-York pandemiyanın mərkəzinə çevrilir

BUSP Auburnpub.com-a istinadən xəbər verir: Gözqamaşdırıcı reklamlarla dünyanı özünə çəkən Nyu-York COVİD 19 pandemiyasının mərkəzinə çevrilir. Nyu-Yorkun meri deyib ki, aprel və mayda vəziyyət hazırdakından daha ağır olacaq. Bill de Blasio qarşıdakı böhranlı günlərin olması ilə bağlı xəbərdarlıq edib. De Blasio NBC-nin Meet The Press şousunda deyib: Amerika xalqı xəbərdar olmalıdır ki, qarşıda ağır günlər var.
Koronavirus pandemiyası əksər dövlətlərin səhiyyə sistemindəki yararsızlıqları üzə çıxartdı. Çinin virusla mübarizəsinə istehza ilə yanaşan Vaşinqton hazırda görünməmiş böhran yaşayır. 23 mart üçün virusa yoluxmuş 41,525 xəstəsi olan Amerikada elə 23 martda daha 7,979 nəfərin testi müsbət oldu. Bir gündə xəstələrin 10 min nəfərə yaxın artması tarixdə görünməmiş hadisələrdən idi. Amma bu böhranın başlanğıcı idi. ABŞ-da rekord yoluxma 3 apreldə baş verdi – 34196 nəfər. 6 aprel tarixində isə ABŞ rekord ölüm rəqəmi ilə sarsıldı – 24 saat ərzində 1970 ölüm qeydə alındı.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir