Pentaqon Baydenə etiraz edir

BUSP-az.com Rg.ru-ya istinadən xəbər verir: ABŞ müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) hərbi qüvvələrin Əfqanıstandan çıxmasına etiraz edib. Bu barədə The Wall Street Journal yazıb. Pentaqon şefini dəstəkləyən generallar da var.  Austin və generallar düşünür ki, ABŞ hərbçiləri Əfqanıstandan çıxsa, bu ölkədə stabillik pozulacaq. Bayden bu etirazlara əhəmiyyət verməyib və hərbçilərin Əfqanıstandan çıxmasının region üçün faydalı olacağını bildirib. Etirazçıların nəzərincə, Amerika hərbçilərinin Əfqanıstanı tərk etməsi nəticəsində Taliban güclənəcək və bu qanuni hökumətin süqutuna səbəb olacaq. Əslində Bayden və Pentaqonu Əfqanıstanın taleyi maraqlandırmır. Amerikalılar bütün ölkələr kimi Əfqanıstana da bədbəxtlik gətirib. Pərdə arxasında müzakirə olunan məsələ Əfqanıstanda stabillik yox, Amerikanın maraqlarıdır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir