Polisin vurduğu qocanın beyni silkələnib

BUSP-az.com AmericaRU-ya istinadən xəbər verir: Amerikada 75 yaşlı Buffalo aktivistinin polis tərəfindən vurularaq yerə yıxıdılması dünyanı şoka saldı. Bu gün də xəbər aktualdır, hamı polis zorakılığına məruz qalmış Martin Qucinonun taleyi ilə maraqlanır. Buffalodan olan ictimai fəalın polis tərəfindən vurularaq yerə yıxıldıqdan sonra beyin silkələnməsinə məruz qaldığı bildirilir. Polis zorakılığına qarşı etirazlar gedişində daha şiddətli faktlarla üzləşirik. Etiraz aksiyalarını dağıtmağa çalışan polislər bu hadisələr üçün qığılcım olmuş Corc Floyd hadisəsindəkindən qat-qat ağır cinayətlərə yol verir. Yayılmış videoda aydın görünür ki, Qucinonun başından axan qan yerdə göllənib. Onu yerli xəstəxanaya çatdırıblar. Aktivistin vəkili deyib ki, zorakılığa məruz qalmış müştərisinin müalicəsi davam edir. Qucinonu vurmuş Aaron Torqalski və Robert Makkeyb adlı zabitlər özlərini müqəssir saymır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir