Pompeo işğal edilmiş Fələstində olub

BUSP-az.com AFP-yə istinadən xəbər verir: ABŞ dövlət katibi Mayk Pompeo Fələstinin İsrail tərəfindən işğal edilmiş ərazilərində səfərdə olub. Pompeo şərab istehsalı ilə məşğul olan yəhudi qəsəbəsinə baş çəkib. İordan çayının qərb sahilində yerləşən qəsəbə Fələstinin işğal edilmiş ərazilərində salınmış qəsəbələrdəndir. Qərb Sahili tam şəkildə Fələstin Administrasiyasının nəzarəti altında olmalıdır. Dünya birliyi İsrailin bu ərazidə qəsəbə salmasını işğal kimi dəyərləndirir. Əvvəlki ABŞ hökumətlərindən fərqli olaraq Tramp İsrailin işğal etdiyi torpaqları yəhudi torpağı sayır. Tramp hökumətinin gəlişi ilə Fələstin-İsrail münasibətləri qat-qat gərginləşib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir