Pompeo: Rusiya ABŞ-ın düşmənləri siyahısındadır!!

BUSP-az.com NYT-a istinadən xəbər verir: ABŞ-ın Ağ Evi tərk etməkdə olan Tramp klubunun fəal üzvü, dövlət katibi Mayk Pompeo Mark Levinin radioşousunda müsahibə zamanı Moskvaya qarşı təxribatçı bəyanatla çıxış edib. Pompeo deyib ki, Rusiya ABŞ-ın düşmənləri siyahısındadır!! Müasir dünyada belə qanqster bəyanatları yalnız Tramp komandasından eşitmək olar. Trampın hakimiyyətə gəlişində Rusiyanın ona gizli dəstəyi barədə iddiaların ciddi əsası var. Belə bir vəziyyətdə Pompeonun bəyanatı nankorluq kimi dəyərləndirilə bilər. Pompeo siyasi etiketləri pozaraq Putinə də hücum edib. O deyib: RF prezidenti Vladimir Putin azadlığı sevənlər üçün real riskdir. Pompeo bu bəyanatları ilə təhlükəli riskə imza atmasının fərqində olmamış deyil. Yenə mənafelər!

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir