Qərb mədəniyyəti: Betmenin dostu biseksual oldu!

BUSP-az.com TMZ-ə  istinadən xəbər verir: Superqəhrəman Betmenin dostu Robin biseksual oldu! Qotem qəhrəmanının cinsi azlıqdan olması artıq qərbdə kimisə təəccübləndirmir. Cinsi azlıq ABŞ və Avropada hakimiyyət dairələrində təmsil olunursa, buna adi baxmaq lazım gəlir. Komiksi adətən uşaqlar izlədiyindən biseksualın burada yer alması birmənalı olaraq uşaqlara LGBT təbliğatı sayılmalıdır.

Ssenariyə əsasən gələn buraxılışlarda Robin Bernard Duad adlı birini xilas edəcək və sonda onunla görüşə gedəcək. Hadisələrin davamı 2021-ci il dekabrda ekrana çıxacaq komiksdə məlum olacaq.

Ailə-övladının tərbiyəsinə görə narahat olanlar təbii ki, Qotemdən imtina edəcək. Qərbin ailə dəyərlərini  uçuruma apardığı göz qabağındadır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir