Sabiq dövlət katibi vəzifədən sui-istifadədə ittiham olunur

BUSP-az.com Reuters-ə istinadən xəbər verir:  ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo federal xidmət qanunlarını pozmaqda ittiham edilir. Bu barədə ABŞ Dövlət Departamentinin baş inspektorunun ofisi bəyanat yayıb. OIG-in məruzəsinə əsasən, Pompeo və arvadı departament işçilərinə şəxsi işləri barədə tapşırıqlar verib. Ad günləri, ev heyvanlarına xidmətlə bağlı 100-dən artıq tapşırıq qeydə alınıb. Departament işçiləri Pompeonun arvadı Süzan Pompeo üçün gözəllik salonlarının hazırlanması ilə məşğul olub. Maraqlı faktlardan biri Pompeonun köməkçisinin onun oğlu üçün oteldə güzəştli qiymətlə otaq götürməsidir.

Pompeo vəzifədə olduğu vaxt OIG ilə gərgin münasibətdə olub. Pompeonun istəyi ilə Tramp baş inspektor Stiv Liniki işdən çıxarıb. Linik Pompeonun vəzifədən sui-istifadə faktlarını üzə çıxarıb. OIG bildirib ki, Pompeo ilə bağlı faktlar 2020-ci ildə toplanıb. 20 yanvar 2021-ci ildə vəsifədən gedən Pompeonun 2024-cü ildə prezident seçkilərinə qatılacağı bildirilir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir