Samsung daha möhkəmdir!

BUSP-az.com İxbt.com-a istinadən xəbər verir: YouTube-də  məşhur PhoneBuff kanalı iPhone 13 Pro Max-ın Samsung Galaxy S21 Ultra ilə müqayisədə möhkəmlik testini keçirib. iPhone 13 Pro Max bu testdə ötən ilki iPhone 12 Pro Max-dan da zəif olub. Videokanalın mütəxəssisləri bu testlə yeni iPhone-yə münasibətdə ciddi şübhələr yaradıb. PhoneBuff bu dəfə yüngül testləri kənara qoyaraq cihazı 1,5 m hündürlükdən beton döşəmə üzərinə buraxıb. Ötən ilki iPhone 12 Pro Max bu testdən daha uğurla keçmişdi. Hər iki smartfon – iPhone 13 Pro Max və Samsung Galaxy S21 Ultra yerə dəyəndə ciddi xəsarət alıb.  Bununla belə Samsung Galaxy S21 Ultra öz metal bloku sayəsində işinə ara verməyib. 3-cü testdə iPhone 13 Pro Max-ın arxa panelindən bir parça şüşə ayrılıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir