Seriyalı qatil 13 qətli etiraf etdi!

BUSP-az.com De Telegraaf-a istinadən xəbər verir: Seriyalı manyak Golden State Killer 13 qətli etiraf edib. Golden State Killer adı ilə tanınan Joseph DeAngelo bu etirafı ilə ölüm cəzasından qurtula bilər. DeAngelo bu qətlləri törədərkən Kaliforniya polisində çalışıb. Hadisə 1970-80-ci illərdə baş verib. DeAngelo 2018-ci ildə DNK analizi təsdiqlənəndən sonra həbsə alınıb. Seriyalı qatili Sakramentoda mühakimə edirlər. Məhkəmə prosesində qurbanların yaxınları iştirak etmir. DeAngelo çoxsaylı zorlamaları, oğurluqları etiraf edib. 74 yaşlı cinayətkarı avqust ayında ömürlük həbs cəzası gözləyir. Hökm çıxarılması dəhşətli cinayətin araşdırılmasında kuliminasiya nöqtəsi olacaq. DeAngelo işi ABŞ tarixinin ən sarsıdıcı cinayətlərindəndir. Polis əməkdaşı seriyalı qətllər törədib!

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir