Snouden Trampa 5 milyon ödəyəcək!

BUSP-az.com Ria-ya istinadən xəbər verir: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq xüsusi agenti Edvard Cozef Snouden öz “Şəxsi iş” (Permanent Record) kitabının satışından əldə etdiyi 5 milyon dolları ABŞ hökumətinə ödəyəcək. ABŞ Ədliyyə Nazirliyi sirri açmamaq barədə öhdəçiliyi pozduğu üçün ondan şikayət edib. Ağ Ev hesab edir ki, Snoudenin məşhurlaşması və kitabının bu sayda satılması onun açdığı dövlət sirlərinin sayəsində mümkün olub. Snouden haqqında mülkiyyət şikayəti cinayət şikayətindən ayrıdır. Tramp administrasiyası hesablayıb ki, Snouden təkcə son ay ərzində kitabının satışından 4,2 milyon dollar qazanıb. Bundan əlavə pullu çıxışlarına görə 1,03 milyon dollar alıb. Snoudenlə Tramp administrasiyası arasında razılaşma əldə edilib ki, müəllif qazancını Trampa ödəsin!!
Xatırladaq ki, Snouden 2013-cü ildə Honkonqa, oradan da Rusiyaya qaçıb, hazırda Moskvada gizli şəraitdə yaşayır. O, ABŞ MKİ-nin izləmə sirlərini açmaqda ittiham edilir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir