Soyuqdan həyatını itirən uşağın ailəsi 100 mln təzminat istəyir!

BUSP-az.com AmericaRU.com-a istinadən xəbər verir: ABŞ-ın Texas bölgəsində soyuqdan həlak olmuş 11 yaşlı uşağın ailəsi 100 mln dollar təzminat istəyir. Uşaq Texasda elektrik enerjisi kəsilən zaman mobil evdə həyatını itirib. Kristian Pavon Peneda (Cristian Pavon Peneda) bazar ertəsi günü yatağında ölü tapılıb. Uşağın ailəsi Houston Chronicle nəşriyyəsinə bildirib ki, Kristian həmin gün ilk dəfə qar görübmüş.
Uşağın ölüm səbəbi araşdırılır. Əgər təsdiqlənsə ki, ölümün səbəbi elektrik enerjisinin kəsilməsi olub, ailə məhkəməyə müraciət edəcək.
Xatırladaq ki, ABŞ-da qar və soyuğun ən çox təsir etdiyi Texas əyalətində vəziyyət getdikcə pisləşir. Marketlər talan edilib, ərzaq və təmiz su qıtlığı yaranmağa başlayıb. Ən az 47 nəfərin öldüyü əyalətdə səlahiyyətlilər 14.9 milyon insanın təmiz su tapmaqda çətinlik çəkdiyini açıqlayıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir