Şvarseneqqer: Tramp köhnə tvit kimi yaddan çıxacaq!

BUSP-az.com USA.one saytına  istinadən xəbər verir: Dünya şöhrətli kino ulduzu Arnold Şvarseneqqer Amerika xalqının cinayətkar Trampa nifrətini və bu ölkəyə vurduğu zərbəni yada salıb. Şvarseneqqer deyib: Tramp tarixə ən pis Amerika prezidenti kimi düşəcək!

Həm də Kaliforniyanın eks-qubernatoru kimi tanınan 73 yaşlı Şvarseneqqer emosional onlayn çıxışında bildirib: Prezident Tramp ədalətli seçkilərin nəticəsini ləğv etməyə səy göstərdi. O, öz yalanları ilə insanları azdıraraq çevriliş etmək istədi. İkinci Dünya Müharibəsində nasistlərin işğal etdiyi Avstriyada mənim atam və bir çox insanlar da beləcə aldadıldı. Mən yalanın haraya apardığını bilirəm. Tramp pis lider oldu. Xoşbəxtlikdən o qədim tvit kimi tezliklə gündəmdən çıxacaq!

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir