Talibanla ABŞ arasında gizli razılaşmalar

BUSP-az.com CNN-ə istinadən xəbər verir: Talibanla ABŞ arasında gizli razılaşmalar var. Pentaqondan sızan məlumata əsasən, Talibançılar bu razılaşmaya əsasən amerikalıları Kabil hava limanınadək müşayiət ediblər. Amerikalılar hava limanına gizli qapı yerləşdirib. Bu qapı sayəsində məlum terror zamanı itkiləri azaltmaq mümkün olub. Pentaqon Talibanla razılaşmanı yüksək dəyərləndirib. Razılaşmaya əsasən, Əfqanıstanı tərk etməli olan amerikalılar hava limanından aralı xüsusi mərkəzlərdə Talibanın nəzarəti altında saxlanılıb. Amerikalılar öncə Talibana etibar etməsələr də, sonradan evakuasiyanın yüksək səviyyədə həyata keçdiyini etiraf ediblər.
Təbii ki, nəzərdə tutulan razılaşma Vaşinqtonla Taliban arasında mövcud razılaşmaların ən az əhəmiyyətlisidir. Ölkənin demək olar ki, döyüşsüz Talibana təslim edilməsinin təfərrüatı hələ sirdir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir