Tesla avtopilotda ağaca çırpılıb

BUSP-az.com The Guardian-a istinadən xəbər verir: ABŞ-da, Hyuston şəhərində Teslanın ağaca çırpılması nəticəsində iki nəfər həlak olub. Hadisə zamanı avtomobil avtopilot rejimində işləyib, sürücünün yeri boş olub. Polis bildirib ki, yüksək sürətlə hərəkət edən avtomobil ağaca çırpılandan sonra yanıb. Yanğınsöndürənlər avtomobili 4 saata söndürüblər. Yanğın söndürüləndən sonra iki sərnişinin cəsədi aşkarlanıb. Sərnişinlərdən biri qabaq, o biri arxa oturacaqda tapılıb. Bu qəza Teslanın 27-ci qəzasıdır. İlon Maskın Tesla ilə bağlı vədləri özünü doğrultmayıb. Teslanın başqa avtomobillərdə qurulmuş elektron qurğuları, avtopilot sistemlərinin xətası da bir çox qəza və ölümə səbəb olub. Elektronika sürücünü əvəz edə bilməz yox, hələ ki əvəz edə bilmir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir