Toksiki Amerika konfetləri!

BUSP-az.com AmericaRu-ya istinadən xəbər verir: Araşdırma və təcrübələr göstərir ki, bəzi konfetlərin, şokoladların istehsalını dayandırmaq vaxtı keçir. Mütəxəssislər bir qrup konfeti “şəkər bombası” adlandırır. Yüksək şəkər diabet, piylənmə, ürək çatışmazlığı, depressiya, hətta xərçəng xəstələri üçün ciddi problem yaradır. Bəs hansı konfetlərdən birdəfəlik imtina etmək lazımdır? Top siyahıya Skittles, Starburst, Аirheads, Mike and Ike, Junior Mints, Jolly Ranchers, 3 Musketeers brendlərinin məhsulları aiddir. Məhz Sour Patch Kids konfetləri 250 kalori, şəkər və aromatizatorlarla ölüm təhlükəsi yaradır və tərkibində faydalı heç nə yoxdur!

Bu gün toksiki maddələr dünyanın, ekologiyanın əsas problemlərindəndir. Çox vaxt cəmiyyət və təbiətin zəhərlənməsi məsuliyyətsizlik və məlumatsızlıqdan baş verir. Amma tanınmış brendlər bu addımı bilərəkdən, bəşəriyyətin düşməni kimi atırlar.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir