BUSP-az.com RİA-ya istinadən xəbər verir: ABŞ prezidenti Donald Tramp 2013-cü ildə Bostonda törədilən terror hadisəsində müqəssir sayılan qırğız əsilli Cövhər Çarnayevə ölüm hökmü verilməsinə çalışır.
1993-cü ildə Qırğızıstanda doğulan Cövhər Çarnayev 2002-ci ildə Amerikaya mühacirət edib. İdmanda və təhsildə uğur qazanan Çarnayev siyasətdən uzaq olub, yaşadığı və təhsil aldığı ərazidə intizamlı, alicənab bir insan kimi tanınıb. 2013-cü ildə Bostonda terror hadisəsindən sonra saxlanan Çarnayev 30 maddə üzrə ittiham edilsə də özünü müqəssir saymayıb. Məhkəmə Çarnayev haqqında ölüm hökmü çıxarsa da, apelyasiya məhkəməsi ölüm hökmünü ləğv edib. Hazırda prezident Tramp Çarnayevə yenidən ölüm hökmü verilməsinə çalışır. Ekspertlər Trampın təlaşlarını onun mühacirlərə, xüsusilə müsəlmanlara münasibətdə dözümsüzlüyü ilə əlaqələndirir.