Tramp: Seçkidə uduzsam… Nələr olacaq!

BUSP-az.com RİA-ya istinadən xəbər verir: Tramp Amerikaya növbəti həyəcan yaşatmaqdadır. Artıq amerikalılar seçkilərdə uduzacağı halda Trampın xoşluqla prezident postunu təhvil verməyəcəyini düşünür.
ABŞ-ın qalmaqallı prezidenti açıq bildirib ki, seçkilərdə uduzsa, seçkilərin nəticəsini tanımayacaq!! O hətta hakimiyyətin dinc yolla ötürüləcəyinə zəmanət verməyib. O öz qələbəsinə əmindir və deyir ki, heç bir hakimiyyət ötürülməsi baş verməyəcək, hakimiyyət davam edəcək.
Trampın görünməmiş bəyanatından qəzəblənən namizəd Co Bayden “getməzsən, apararlar” – deyə Trampı hədələyib.
ABŞ-da seçikilər 3 noyabra təyin edilib. İkinci dəfə seçilmək istəyən 74 yaşlı Trampın rəqibi 77 yaşlı Co Baydendir. Sual yaranır ki, bu ölkədə demokratiya varsa bəs 70 yaşdan aşağılar haradadır?!

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir