Trampın gülüş doğuran emblemi

BUSP RadioSputnik-ə istinadən xəbər verir: Twitter istifadəçiləri ABŞ Kosmik Qüvvələrinin emblemini müzakirəyə çıxarıb. Emblem ABŞ prezidenti Tramp tərəfindən təqdim olunub. Twitter istifadəçiləri iddia edir ki, emblem “StarTrek” serialında Birləşmiş Planetlər Federasiyasının emblemini xatırladır. Bu mülahizə çoxluq tərəfindən təsdiqlənib. Trampı StarTrek-in loqotipini oğurlamaqda ittiham edirlər. StarTrek-in emblemlə bağlı şikayət edəcəyi gözlənilir. Tramp əvvəllər loqotipi sosial şəbəkədə paylaşıb. Tünd göy fona malik olan loqotip dairəvi formadadır. Mərkəzdə planetin modeli yerləşib. Planetin üzərində ağ rəngdə yuxarı tuşlanmış ox başlığı var. Arxa planda ulduzlar görünür. StarTrek-lə tanış olanlar bu loqotipi görən kimi onu haradasa gördüklərini bildirirlər. Trampın loqotip axtarışları da bu gedişlə fiaskoya uğrayacaq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir