Türkiyə-ABŞ münasibətlərində gərginlik

BUSP-az.com Hurriyet-ə istinadən xəbər verir: Türkiyə ilə yeni ABŞ administrasiyası arasında münasibətlər gərginləşir. Ankara Vaşinqtonu 2016-cı il çevrilişini dəstəkləməkdə günahlandırır. ABŞ Maliyyə Nazirliyi Türkiyəni İŞİD-ə yardım göstərməkdə ittiham edəndən sonra münasibətlər soyuyub. Türkiyə daxli işlər naziri Süleyman Soylu Fətullah Gülənin planlaşdırdığı dövlət çevrilişinə cəhddə ABŞ-ın da əli olduğunu dilə gətirib. Türkiyədə uğursuz çevriliş cəhdindən sonra 292 min şəxs həbs olunub. Çevrilişdə şübhəli sayılan 150 dövlət qulluqçusu işdən uzaqlaşdırılıb. Bununla belə Türkiyə ABŞ-la münasibəti normallaşdırmağa çalışır. Türkiyə Rusiyadan S-300 RƏM sistemi alandan sonra Vaşinqtonun sanksiyalarına hədəf olub. Avropa da Türkiyəyə təzyiq göstərir. Ankara Yunanıstanla gərgin münasibətlərinə görə cəzalandırılır.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir