ÜST vaksin ayrıseçkiliyini rüsvayçılıq adlandırıb!

BUSP-az.com Ria-ya  istinadən xəbər verir: ÜST nümayəndəsi Brüs Eylvard vaksin ayrıseçkiliyinə görə dünya ölkə başçılarını sərt tənqid edib. ÜST hesab edir ki, dünya ölkələrinin vaksinlə təminatında disbalans mövcuddur. Nümayəndə deyib: Problemin həllinə təsirli 20 insan var. Onlar bu işə cavabdeh nəhəng kompaniyalara nəzarət edirlər. Böyük ölkə başçıları vaksinin bütün ölkələrə bərabər şəkildə çatdırılmasına çalışmalıdırlar.

Bu sahədə də ABŞ öndə gedir. Vaşinqton dünyada vaksin bölgüsünə nəzarət edir. Amerikanın sanksiyasına məruz qalan ölkələr sadə pul köçürmələrində məhdudiyyətlərə görə vaksin ala bilmirlər. ABŞ-ın pandemiya şəraitində vaksin çatdırılmasına sanksiyalarla mane olması müasir dünyanın faciəsidir. Yoxsul ölkələr ümumiyyətlə diqqətdən kənarda qalıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir