Visa və MasterCard-ın Rusiyada taleyi

BUSP-az.com İZ-ru-ya istinadən xəbər verir: Amerikanın hökumətlərə təzyiq adı altında xalqlara yönəli sanksiyaları genişlənməkdədir. Beynəlxalq alış-veriş üçün istifadə olunan Visa və MasterCard ödəniş sistemləri də Ağ Evin ədalətsiz sanksiya siyasətlərində təzyiq vasitələrindəndir. Bu iki sistemin Rusiyada fəaliyyətini dayandırması barədə xəbərlər var. Visa və MasterCard isə hələ ki, fəaliyyətində dəyişiklik olmadığını bildirir. Az öncə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Visa və MasterCard-ın Rusiyada qapanmasını istisna etməmişdi.

Xarici ölkələrdə alış-veriş üçün Visa və MasterCard ödəniş sistemlərindən istifadə edilir. Ödəniş sistemlərinin ikisi də beynəlxalq sistemə çevrilib. Visa ödəniş sistemi üçün əsas valyuta ABŞ dollarıdır. MasterCard ödəniş sistemi üçün əsas valyuta həm ABŞ dolları, həm də avro ola bilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir