WhatsApp özünə qəbir qazır!

BUSP-az.com ixbt.com-a istinadən xəbər verir: WhatsApp elan edib ki, 15 maya qədər istifadəçi məlumatları ilə bağlı yeni qaydaları qəbul etməyənlərin hesabında məhdudiyyət yaradılacaq. Yeni qaydaları qəbul etməyənlər nə kiməsə yaza biləcək, nə ona yazılanları oxuya biləcək. Amma bu hesablara zəng və bildiriş daxil olacaq. Bu məhdudiyyətlərdən sonra WhatsApp-ın taleyi necə olacaq? Hələ ki, 120 gün qeyri-fəal olmuş hesablar bağlanır.
Hələ yanvar ayında WhatsApp elan edib ki, istifadəçilər yeni qaydaları qəbul etməlidir. Bundan sonra istifadəçilərin böyük bir hissəsi Telegram da daxil olmaqla başqa xidmətlərə üz tutub. Yeni qaydalar 8 fevralda qüvvəyə minməli idi. Sonradan vaxt uzadılıb, istifadəçilərə 15 maya qədər vaxt verilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir