Xeyriyyəçi aşpaz McDonaldsa qarşı

BUSP PulseToday.co.uk-a istinadən xəbər verir: Məşhur baş aşpaz və teleaparıcı Ceymi Oliver dünyaya nümayiş etdirdi ki, kimyəvi maddələr yalnız it üçün yararlı ərzağı insan üçün ərzağa necə çevirir. Oliver FastFood (tez qidalanma) şəbəkələrinin dünya miqyasında lideri McDonaldsa qarşı məhkəmə iddiasını udub. O “ərzaq inqilabı” şou proqramında hamburger üçün kotletin necə hazırlandığını əyani nümayiş etdirib.
McDonaldsın ət yarımfabrikatları çəhrayı qaymaq (pink slime) adı ilə məşhurdur. Ətin parazitlərini öldürmək üçün hidroksid ammoniumdan istifadə olunur. Çəhrayı qaymağa E527 qida əlavəsi qatılır.
Məşhur britaniyalı aşpaz cəmiyyətdə geniş maarifləndirmə işi aparıb.
Ceymi Oliverin Britaniyada 25 restoranı fəaliyyət göstərir. Dünya ölkələrində 20-yə yaxın restoran Oliverə məxsusdur. Onun London, Amsterdam, Kornuolle və Melburnda “Fifteen” xeyriyyə restoranları məşhurdur. Sağlam qidalanma və uşaqlarda piylənməyə qarşı fəaliyyətlərinə görə Oliver “FRCGP” tərəfindən fəxri təqaüdə layiq bilinib və bu cəmiyyətə üzv qəbul edilib. 5 il Mançester Siti klubu ilə müqaviləsi olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir